“Rusiya ilə dialoq olmadan beynəlxalq vəziyyəti normallaşdırmaq mümkün deyil” - MAKRON

  • By admin
  • 06 Fevral 2022 16:11

“Rusiya ilə dialoq olmadan beynəlxalq vəziyyəti normallaşdırmaq mümkün deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Moskvaya səfəri ərəfəsində “Le Journal du Dimanche” qəzetinə bildirib.

O, qeyd edib ki, son dövrlərdə baş verənlər Rusiyanın iştirakı olmadan hər hansı münaqişəni həll etməyin mümkün olmadığını təsdiqləyib: “Həqiqətən də, bu halda başqalarının bizim adımızdan danışmasına icazə veririk və artıq kollektiv təhlükəsizliyimizə töhfə verə bilmərik”.

Ukrayna ətrafında yaranmış vəziyyəti şərh edən Fransa Prezidenti vurğulayıb ki, indi silahlı münaqişədən qaçmaq üçün dialoq yolu ilə gərginliyi azaltmaq lazımdır.

Qeyd edək ki, Makron fevralın 7-də Rusiyaya səfər etmək niyyətindədir. Dövlət başçısı həmçinin fevralın 8-də Ukraynaya səfər edəcək.

 

 

Gununsesi.info