İranda qadınlarla bağlı bu qadağa aradan qalxdı

  • By Admin2
  • 04 Fevral 2026 15:42

İranda qadınlara motosiklet sürücülük vəsiqəsi almağa icazə verilib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Sənəd yanvar ayında İran Nazirlər Kabinetinin iclasında təsdiq edilmiş və Birinci Vitse-prezident Məhəmməd Rza Arif tərəfindən imzalanmışdır. Qətnaməyə əsasən, İslam Respublikasının Baş Komandanlığı qadınlar üçün motosiklet sürmək üzrə “praktik təlim” təşkil etmək, “yol polisinin birbaşa nəzarəti altında” imtahanlar keçirmək və sürücülük vəsiqələrinin verilməsindən məsuldur.

Qeyd edək ki, iranlı qadınlar illərdir idman tədbirlərinə, xüsusən də kişi komandalarının iştirak etdiyi futbol matçlarına qatılmaq hüququ uğrunda mübarizə aparırlar.

Maqsud

Gununsesi.info