İranın yeni Prezidentindən Azərbaycana bayraq hörmətsizliyi - FOTO

  • By admin
  • 07 Avqust 2021 11:44

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın bu ölkənin  yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə  bir fakt diqqətdən yayınmayıb.

Gununsesi.info xəbər verir ki, İran Prezidentinin  Sahibə Qafarova ilə görüşündə bir məqam diqqətdən yayınmayıb.

Belə ki,  Azərbaycan qanunverici orqanının rəhbərinin əyləşdiyi masanın arxasında bayrağımız qoyulmayıb.

Çəkilmiş fotoda təkcə İran bayrağı görünür.

Əgər bu protokol qaydalarının tələbi kimi əsaslandırıılrsa, yanlışdır.

Çünki, Sahibə Qafarova Azərbaycanın qanunverici orqanının rəhbəri kimi rəsmi səfərdədir.

Ancaq  Nikol Paşinyanla görüşdə Ermənistanın bayrağı da qoyulub.

Bu fakt bir daha onu sübut edir ki, İran reallıqda müstəqil Azərbaycanı  tanımır.

Sahibə Qafarovanın bu hörmətsizliyə etirazının olması barədə isə məlumat yoxdur.