İspaniyanın Moskvadakı baş konsulluğu viza qəbulunu dayandırıb

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2025 11:01

İspaniyanın Moskvadakı Baş Konsulluğu texniki səbəblərə görə viza müraciətlərinin qəbulunu naməlum müddətə dayandırıb.

Gununsesi.info xəbər verir ki, BLS viza mərkəzinin məlumatına görə, məhdudiyyətlərin səbəbi və müddəti açıqlanmayıb.

Avropa Komissiyasının 2024-cü il statistikasına əsasən, Rusiya vətəndaşları üçün ən çox Şengen vizası İtaliya (152 min), Fransa (124 min) və İspaniya (111 min) tərəfindən verilib. İspaniyada imtina nisbəti 13% təşkil edib.

Xatırladaq ki, iyulun 12-dən İspaniya Rusiya pasportu sahibləri üçün tranzit vizanı məcburi edib. Bu addım Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar fonunda atılıb.

 

Şəbnəm

Gununsesi.info