İsrail Ermənistanın istəyini rədd etdi – "Mümkün deyil"

İsrail Ermənistana hücum silahı verməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına açıqlamasında İsrail parlamentinin (Knesset) keçmiş deputatı, siyasi ekspert Aleksandr Zinker məlumat verib.

Onun sözlərinə görə, mövzu ilə əlaqədar İsrail nümayəndələri ilə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Andranik Köçəryan arasında keçirilən görüşdə iştirak edib.

Zinker bildirib ki, İsrail tərəfi görüş zamanı Ermənistanı hücum silahları ilə təmin etməyin mümkün olmadığını bildirib.

Gununsesi.info