Təbrizdə etirazlar yenidən alovlandı - VİDEO

  • By admin
  • 26 Oktyabr 2022 14:58

İranın Təbriz, Tehran və digər şəhərlərində etiraz dalğası yenidən alovlanıb.

Gununsesi.info “Azad İran”a istinadla xəbər verir ki, bu gün Təbriz Universitetinin tələbələri yenidən etiraz aksiyası keçirərək hakimiyyət əleyihinə kəskin şüarlar səsləndiriblər.

Tehranın Əmirabad bölgəsində də küçələrə axışan narazı əhali “ölüm olsun Xameneyiyə!” şüarı səsləndiriblər.

Həmçinin Güney Azərbaycanın Təbriz və Marağa şəhərlərində də geniş etiraz aksiyaları təşkil edilib.

Etirazların səbəblərindən biri də rəsmi Tehranın ermənipərəst mövqeyidir.

Gununsesi.info