Torpaq işğalını genişləndirməyə davam edən İsrail ordusunun humanitar fəlakətin dərinləşdiyi Qəzza zolağının müxtəlif bölgələrində gecə boyu təşkil etdiyi hücumlarında çoxlu fələstinlini həlak olub.
Gununsesi.info bildirir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində iki evi bombalaması nəticəsində 6 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
İsrail döyüş təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərində bir evi bombalaması nəticəsində 3 nəfər ölüb, çox sayda insan yaralanıb.
İsrail ordusu Qəzza şəhərinin əl-Tuffah, əl-Dərəc və əl-Şücayyə məhəllələrini artilleriya atəşi ilə, Xan Yunusun şərqindəki əl-Fuhari, Huzaa və Absan bölgələrini də atəşə tutub.
İsrail qüvvələri Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsinin mərkəzinə fosfor bombaları ilə güclü hücum edib.
Mülki müdafiə qrupları İsrail ordusunun hücumları nəticəsində dağıntılar altında çox sayda ölü və yaralının qaldığını və onları dağıntılar altından çıxarmağın çətin olduğunu bildirib.
İsrail qüvvələri Qəzza zolağında həkimlər və təcili yardım işçiləri də daxil olmaqla 35 səhiyyə işçisini saxlayıb.
Gununsesi.info