İsrailin “Böyük qumarı”

  • By Admin2
  • 19 Mart 2025 10:13

İsrailin ifrat sağçı nazir İtamar Ben Qvir Nazirlər Kabinetinin təsdiqi ilə Milli Təhlükəsizlik Naziri vəzifəsinə bərpa edilib. Qvirin hökumətə qayıtmaq üçün yeganə şərti Qəzzada döyüşləri bərpa etmək idi. İsrail mətbuatı hökumətin Qəzzada girovların həyatı ilə tarixin ən böyük qumarını oynadığını yazıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir Qəzza zolağında məhbus mübadiləsi və atəşkəs razılaşmasına etiraz olaraq hökumətdən istefa verib.

Qvirin hökumətə qayıtmaq üçün yeganə şərti Qəzzada döyüşləri bərpa etmək idi.

İsrailin Baş naziri Benyamin Netanyahunun Likud Partiyası və İtamar Ben Qvirin Yəhudi Gücü Partiyasının birgə bəyanatında, keçmiş nazir Ben Gvirin hökumətə qayıtması üçün razılığın əldə edildiyi açıqlanıb.

Ben Qvir Qəzza zolağında hərbi əməliyyatların bərpasını alqışlayıb.

“Biz Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrail Dövlətinin intensiv döyüşlərə qayıtmasını alqışlayırıq”- Ben Gvir deyib.

İsrail hökuməti də Netanyahunun Ben Qvirin yenidən Milli Təhlükəsizlik Naziri təyin edilməsi təklifini bəyənib.

Orxan

Gununsesi.info