İsrailin yeni prezidenti seçildi

  • By admin
  • 02 İyun 2021 14:28

İsrailin yeni prezidenti seçilib.

Gununsesi.info-nun İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

Prezidentlik postuna iki namizəd var idi – “Əmək” partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.