İsrailli deputat: “Onları öldürmək üçün Ramazan ayı ən yaxşı vaxtdır” - İNDİ YORĞUN VƏ ZƏİFDİRLƏR

  • By admin
  • 28 Mart 2024 09:44

İsraildə ifrat sağçı Yəhudi Güc Partiyasından olan millət vəkili Almoq Koen fələstinlilərin sığındığı Qəzza zolağının Rəfah şəhərinə qurudan hücuma çağırıb.

Onarı öldürmək üçün Ramazan ayı ən yaxşı vaxtdır” deyən deputat  Almoq Koenin bunları əlavə edib:

Ramazan ayı olduğu üçün İsrailin Rəfaha niyə qurudan hücum etmir? Mən bunu  anlaya bilmirəm. Ramazan ayı onları öldürmək üçün ən yaxşı vaxtdır. Onlar yorğun və zəifdirlər. Mənim onlara yazığm gəlmir.  Onlara, qardaşlarıma (İsrailli məhbuslara) yazığım gəlir”.

Deputat Baş nazir Netanyahuya qurudan girib onları öldürməyə çağırıb.

 

Afət Abbasova

Gununsesi.info