3 Türkmənistan vətəndaşı saxta spirtli içkidən ölüb

  • By Günel
  • 14 Yanvar 2025 19:26

İstanbulda saxta spirtli içkidən daha 3 nəfər həyatını itirib.

Gununsesi.info -nun APA-ya istinadən verdiyi xəbərə görə, ölənlər Türkmənistan vətəndaşıdır.

Məlumata əsasən, məsələ ilə bağlı cinayət işi başladılıb, 2 şübhəli saxlanılıb. Qeyd olunur ki, son günlərdə saxta spirtli içkidən həyatını itirənlərin sayı 7-ə yüksəlib.

İstanbul Valiliyinin məlumatında isə bildirilib ki, 2024-cü ildə 110 nəfər saxta spirtli içkidən zəhərlənib, onlardan 48-i həyatını itirib.

Gununsesi.info