İstanbulda TARİXİ AN

  • By admin
  • 22 İyul 2022 19:34

İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Gununsesi.info yerli elektron mediaya istinadla xəbər verir ki, tarixi sazişi Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, BMT tərəfdən isə Baş katib Antoniu Quterreş imzalayıb.

Sazişi əvvəlcə Türkiyə, Rusiya və BMT imzalayıb. Daha sonra sənədi Türkiyə, Ukrayna və BMT rəsmiləri imzalayıb.

Sənədə Ukrayna tərəfdən ölkənin infrastruktur naziri Oleksandr Kubrakov, Türkiyə tərəfdən Hulusi Akar və BMT tərəfdən Baş katib Antoniu Quterreş imza atıblar.

Gununsesi.info