İsveçrənin yeni prezidenti seçildi

  • By Ayshan
  • 10 Dekabr 2025 23:10

İsveçrənin iqtisadiyyat naziri Qi Parmelen Federal Məclisin hər iki palatasında keçirilən səsvermədə 210 səsdən 203-nü toplayaraq 2026-cı il üçün ölkə prezidenti seçilib.

Gununsesi.info xəbər verir ki, İsveçrədə prezident Federal Şura üzvlərindən bir il müddətinə seçilir.

Parmelen həm prezident, həm də iqtisadiyyat naziri olaraq fəaliyyət göstərəcək. O, 2021-ci ildə də prezident olub.

Gununsesi.info

İsveçrənin yeni prezidenti seçildi