İt aparıcının qızına hücum etdi

  • By Admin2
  • 18 Mart 2025 09:57

Sarıyerdə Rottweiler cinsli it uşağa hücum edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qız məşhur Türk aparıcı Aslı Özkayanın qızıdır.

7 yaşlı Tanem Karasaç həftə sonu getdiyi idman kursunu tərk edəndə ölümdən çətinliklə xilas olub.

Kiçik qıza idman zalı ilə eyni yaşayış binasında saxlanılan it hücum edib.

Rottweiler iti tərəfindən yerə yıxılan və kürəyindən dişlənən uşaq xoşbəxtlikdən yüngül xəsarətlərlə hücumdan xilas olub.

Bu zaman Star TV-də yayımlanan “Bir Şansım Olsa” adlı verilişin aparıcısı olan Tanemin anası, psixoloq Aslı Özkaya da qızının yanında olub.

“Biz səkidə gedərkən, it qarşı səkidən qızıma hücum etdi. Çiynini dişləyərək yerə yıxdı. Ana olaraq şahid olmaq çox çətin idi”, – aparıcı bildirib.

Orxan

Gununsesi.info