İtaliyada kran aşdı - 3 ölü

  • By admin
  • 18 Dekabr 2021 20:02

İtaliyanın şimalında yerləşən Turin şəhərində tikinti kranı binanın üzərinə aşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “La Reppublica” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər həlak olub.

Bundan əlavə, yoldan keçən 3 nəfər də xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb kranın alt hissəsindəki konstruksiyanın dağılması olub.

Gununsesi.info