Jirinovskidən MARAQLI TƏKLİF: "Bunu dəyişməliyik, ingilislər bizə gülürlər"

  • By admin
  • 03 May 2021 09:37

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, o, “prezident” sözünin ingilis mənşəli olduğunu vurğulayıb.

“ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülürlər. Deyirlər ki, baxın, rusların hətta öz sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, – Jirinovski bildirib.

Siyasətçinin fikrincə, Rusiyada dövlət başçısının “ali hökmdar” adlanması ideal olardı.

O, “çar” titulunun qaytarılması ideyasını rədd edib: “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”.

Gununsesi.info