Kəmaləddin Heydərov: “O ərəbləri tanımıram…” - EKSKLÜZİV

  • By admin
  • 26 Mart 2021 20:33

Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.

Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov ovlayan ərəblərin onun qonaqları olması barədə iddialara münasibətində bildirib.

Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:

Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.

 

Pərviz

Gununsesi.info