Kanada marketlərində Amerika məhsulları satılmır

  • By Günel
  • 14 Mart 2025 13:37

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında Amerika məhsullarının satışı sürətlə azalıb.

Gununsesi.info ntv.com.tr -yə istinadən xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, Kanada ərzaq pərakəndə satış şirkətlərinin ana şirkəti Empire Companynin baş direktoru Maykl Medlayn mövzu ilə bağlı açıqlama verib:

“Amerika məhsullarının ümumi satışlarımızdakı payı sürətlə azalır. Orta hesabla 12 faizə düşüb”,- deyə bildirib.

Medlayn ABŞ-nin Kanadaya tətbiq etdiyi tariflərin qüvvəyə minməsinin əsas səbəbi olduğunu söyləyib:

“ABŞ martın 4-dən Kanada və Meksikadan idxal edilən məhsullara əlavə 25 faiz rüsum tətbiq etməyə başlayıb. Tramp daha sonra bu ölkələrə aprelin 2-dək “ABŞ-Meksika-Kanada Razılaşması (USMCA)” çərçivəsində olan məhsullar üçün 2 aprelə qədər tarif tətbiq etməyəcəklərini açıqlamışdır. Tramp ölkənin polad və alüminium idxalına əlavə rüsumların da martın 12-dən qüvvəyə minəcəyini bildirmişdir”.

Kanadanın ən sıx olduğu Ontario əyalətinin baş naziri Doug Ford isə martın 10-da Vaşinqton administrasiyasının gömrük vergilərinə qarşılıq olaraq, ABŞ ştatlarına təqdim etdikləri elektrik enerjisinə 25 faiz əlavə rüsum tətbiq edəcəyini bildirib.

Ford lazım gələrsə, bu nisbəti artırmaqdan da çəkinməyəcəyini vurğulayıb:

“ABŞ yenə nəyisə artırarsa, elektrik enerjisini tamamilə kəsməkdən çəkinməyəcəyəm. Amerika xalqı üçün çox pis oluram, onlara yazığım gəlir, çünki bu ticarət savaşını başladan yalnız bir adamdır, o da prezident Trampdır”.

Ağ Ev martın 12-də Kanadanın Ontario əyalətinə xəbərdarlıq edib ki, ABŞ-yə elektrik enerjisini tamamilə kəsmək planları ciddi nəticələrə səbəb ola bilər.

Günel Həsənova 

Gununsesi.info