Kanada polisi etirazçılarla bacarmır

  • By admin
  • 06 Fevral 2022 19:41

COVİD-19 məhdudiyyətlərinə qarşı keçirilən etirazlara son qoymaq üçün resurslar kifayət qədər deyil.

Gununsesi.info xəbər verir ki, bu sözləri Kanadanın paytaxtı Ottavanın polis şefi Piter Sloli dyib.

“Bizə daha çox resurs lazımdır”, – deyə Sloli bildirib.

Qeyd edilir ki, Ottava polisi etirazlarla bağlı 50-dən çox cinayət işini araşdırır.

Qeyd edək ki, ötən gün 7 mindən çox iştirakçı və 500-dən çox yük maşını paytaxtın “Qırmızı zona” deyilən ərazisinə gələrək koronavirusla bağlı məhdudiyyətlərə etiraz etməkdədir.

Gununsesi.info