Karapetyan Baş nazirliyə namizəd ola bilməz -Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasından Baş nazirliyə namizədliyinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Paşinyan brifinqdə qeyd edib ki, Ermənistan Respublikasının qanun və Konstitusiyasına əsasən, ikinci və ya üçüncü ölkədə vətəndaşlığı olan şəxslər nə parlamentə, nə də Baş nazirliyə namizəd ola bilməzlər.

“Sizin danışdığınız məsələ nə de-yure, nə də de-fakto mövcuddur. Mövcud olmayan bir şey barədə şərh vermək lazımsızdır”, – Paşinyan əlavə edib.

Gununsesi.info