Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 14 İyun 2026 11:35

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, Şəki rayonunun Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Daha sonra hadisəni törədən V. Lütfəliyevin özünün meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info