Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli Kənd Təsərrüfatı Nazirliynin rəhbər şəxsləri ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, ekspert bildirib ki, kənd təsərrüfatı naziri iqtisadçıdır: “Onun kənd təsərrüfatına heç bir aidiyyəti yoxdur. Müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssisdir. Başqa bir müavini isə siyasətçidir – politoloq. Aparat rəhbəri də hüquqşünasdır. Nazirlikdə rəhbər vəzifədə bir nəfər də olsun, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis yoxdur”.
Afət Abbasova
Gununsesi.info












