Bir çox şəxslər özlərinə məxsus əlavə evlərini müqaviləsiz şəkildə icarəyə verir. Bəzən insanlar bu prosesi sadə bir gəlir mənbəyi kimi görür. Lakin belə hallarda vergi öhdəlikləri nəzərə alınmır.
Bəs proses əslində necə olmalıdır?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas bildirib ki, Azərbaycanda fiziki şəxslərin kirayə gəlirlərinə görə sadələşdirilmiş vergi və ya gəlir vergisi öhdəliyi var.
Onun sözlərinə görə, kirayə müqaviləsini notarial qaydada təsdiqlədikdə vergi ödəmək mütləqdir:
“Qeydiyyat olmadan icarə verib gəlir əldə etmək, gəlirin gizlədilməsi hesab olunur və vergi orqanları aşkar edərsə cərimə və əlavə ödənişlər tətbiq edə bilər. Mövcud vergi qanunlarına görə, kirayə gəlirinizi bəyan etməli və müvafiq vergiləri vaxtında ödəməlisiniz”.
Firuzə












