KİV: ABŞ Maduronun pilotunu ələ almağa cəhd edib

  • Müəllif: Admin08
  • 28 Oktyabr 2025 21:41

ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronun təyyarə pilotlarından birini ələ almağa çalışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 2024-cü ilin aprel ayında ABŞ xüsusi xidmət orqanları Dominikan Respublikasındakı mənbədən bəzi məlumat alıblar.

Həmin məlumatlar nəticəsində onlar Maduroya xidmət edən pilotlardan birinə çıxış əldə ediblər.

Pilotdan təyyarəni ABŞ tərəfindən ələ keçirilə biləcək istiqamətlərdən birinə yönəltməsi istənilib. Xüsusilə, təyyarəni Puerto-Riko, Dominikan Respublikası və ya Kubanıdakı Qvantanamo bazasında endirmək təklif olunub.

Gununsesi.info