KİV: “Ermənistan Gürcüstandakı səfirini geri çağırır”

Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağrılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Qraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata əsasən, R.Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin olunacaq.

Nəşrdə A.Smbatyanın aqremanının Gürcüstana artıq göndərildiyi bildirilib.

Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır.

Gununsesi.info