Klinton və Buşdan Ukraynaya dəstək – VİDEO

  • By admin
  • 19 Mart 2022 11:04

ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Corc Buş Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna ilə həmrəy olduqlarını bildiriblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə B.Klinton Tvitter səhifəsində yazıb.

Prezidentlər Çikaqoda Ukrayna müqəddəs Vladimir və Olqa katolik kilsəsinin qarşısına günəbaxan çiçəkləri qoyublar.

“Amerika Ukrayna xalqının azadlığı və zülmə qarşı mübarizədə onunla həmrəydir”, – Klinton vurğulayıb.

Gununsesi.info