Xarkovdakı yaralı azərbaycanlı sürücü təxliyə olundu

  • By admin
  • 19 Mart 2022 11:16

Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, İvano Frankovsk azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov Report-a açıqlamasında yaralı sürücü Yusif Asif oğlu Bayramovu Türkiyə vasitəsilə Azərbaycana yola saldıqlarını bildirib.

O qeyd edib ki, sürücü artıq bu gündən vətəndədir.

Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyə olunub.

Xatırladaq ki, bu 2 sürücü ilə yanaşı digər azərbaycanlı sürücü Nadir Qadir oğlu Əsgərzadə uzun müddət idi ki Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsusilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.

Gununsesi.info