“Körfəzdə gedən müharibənin 8-ci həftəsində dünya enerji bazarı köklü dönüş mərhələsinə daxil olub. Hörmüz boğazı üzərindən keçid faktiki dayanıb, ABŞ blokadası isə “boz zona” daşınma yollarını mərhələli şəkildə bağlayır”.
Gununsesi.info bildirir ki, bunu deputat Tahir Mirkişili deyib:
“Hindistan və Çin indiyədək müvəqqəti tədbirlərlə — üzən ehtiyatlar, ikitərəfli razılaşmalar və riskli marşrutlarla — vəziyyəti idarə edirdi. Lakin bu ehtiyat imkanları sürətlə azalır.
Regionda ən həssas vəziyyət Hindistandadır. Körfəz ölkələri bu ölkə üçün yalnız xam neft deyil, həm də məişətdə, xüsusilə yemək bişirmədə istifadə olunan sıxılmış neft qazının əsas mənbəyidir. Ehtiyatların məhdudluğu artıq gündəlik tələbatda hiss olunur.
İqtisadi təsirlər də özünü göstərir. Ölkə son dörd ildə ilk dəfə geniş miqyaslı dizel qiyməti artımına hazırlaşır. Bu isə zəif valyuta şəraitində həm qiymət artımını sürətləndirəcək, həm də iqtisadi artımı ləngidəcək. Daxili bazarı qorumaq üçün ixrac məhdudiyyətlərinin tətbiqi ehtimalı da artır”.
Şəbnəm










