Koronavirus İranda daha 213 can aldı

  • By admin
  • 21 İyul 2021 17:19

İranda ötən sutka ərzində daha 213 nəfər koronavirusdan dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə COVID-19 virusundan ölənlərin sayı 87 837 nəfərə çatıb.

Məlumata görə, İranda son 24 saatda 27 379 nəfər koronavirusa yoluxub. Beləliklə, virusa yoluxanların ümumi sayı 3 603 527 nəfərə yüksəlib. Hazırda 4518 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunub ki, İranda indiyədək 3 185 946 nəfər koronavirusdan sağalıb.