Koronavirusla bağlı SON STATİSTİKA

  • By admin
  • 10 Avqust 2021 09:41

Dünyada 204 151 650 nəfərdə koronavirus aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, virusdan 4 316 303 xəstə ölüb, 183 346 476 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (36 780 480 nəfər), Hindistan (31 998 158 nəfər), Braziliya (20 178 143 nəfər), Rusiya (6 469 910 nəfər) və Fransadır (6 310 933 nəfər).

Türkiyədə 5 942 271, İranda 4 199 537, Gürcüstanda 450 149, Ermənistanda isə 232 297 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (165 650 nəfər), İran (94 603 nəfər) və Türkiyədə (52 313nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 352 926 nəfərin 5,072-si ölüb, 335 336 xəstə sağalıb.

Gununsesi.info