Koronavirusun fəsadları: Görmə və eşitmə qabiliyyəti…

  • By admin
  • 07 Fevral 2021 11:57

Koronavirus infeksiyası beyin daxil olmaqla ən həssas insan orqanlarına təsir göstərir.

Gununsesi.info xəbər verir ki, bu səbəbdən xəstənin görmə və ya eşitmə orqanlarında ağırlaşma üzə çıxa bilər. İmmunoloq Vladislav Jemçuqov “TASS” ilə söhbətində bu barədə xəbərdarlıq edib.

“Koronavirus qanın oksigenlə təmin olunmasından başlayaraq demək olar ki, bütün orqanlardakı damar və sinirlərə zərər verir. Virus bədənin ən zəif nöqtəsini tapdığı zaman ilk zərbəni ora vuracaq. Bu vəziyyətdə ağırlaşmaların şiddəti xəstənin orqanizmindən asılıdır”, – ekspert qeyd edib.

Jemçuqov xatırladıb ki, artıq bir neçə xəstədə karlıq və ya eşitmənin pisləşməsi kimi ağırlaşmalar qeydə alınıb. Həkim koronavirusdan sonra bədən toxumalarının həssaslığının pozula biləcəyini də əlavə edib. Bu, yanma və sancı şəklində özünü göstərir. Həmçinin immunoloq gözlərdə fəsadların (hətta korluğun) ola biləcəyini istisna etməyib. Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə keçmiş zədələri və xəstənin xəstəlik tarixçəsini nəzərə almaq lazımdır. Eyni zamanda həkim xəstələrin ağciyərlərində yara izlərinin də yarandığını əlavə edib.

Gununsesi.info