Korrupsiya ittihamı ilə həbs edilən məmur bu polis rəisinin atasıdır - FOTO

  • By admin
  • 09 Yanvar 2021 19:52

 

Xəbər verildiyi kimi “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Vidadi Muradov Bakının Səbael Rayon Polis İdarəsinin rəisi Cavid Muradovun atasıdır.

Qeyd edək ki, Cavid Muradov ölkədə polis rəisləri arasında ən gənc zabitlərdən biri kimi tanınıb.

Bundan əvvəl Cavid Muradov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi olub.

Atasının həbsi barədə polis rəisinin özündən soruşmaq istəsək də bu niyyətimiz baş tutmadı.

Vidadi Muradovun ailə üzvləri və onun vəkili hələ ittihamlara münasibət bildirməyib.

Mövzuya qayıdacağıq.

Gununsesi.info