Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim -"ŞƏRURLU İSFƏNDİYAR" SABİQ DEPUTATLA BORC QALMAQALINDAN DANIŞDI

  • By admin
  • 07 İyun 2021 15:12

Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib.

Gununsesi.info bildirirki, “Report”a açıqlamasında bildirib ki, ona inanıb:

“Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda (devalvasiyadan əvvəl) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı.

Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı… Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq”.

Gununsesi.info