Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar.
Gununsesi.info-nun məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə balıqçılar Kürün ortasındakı adada qalıblar.
Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.












