Lənkəranda istirahət mərkəzində yanğın oldu

  • Müəllif: admin
  • 19 Avqust 2021 09:30

Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info