Laçında minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Gununsesi.info –ya bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Laçın rayonu Kalafalıq kənd sakininin minaya düşməsi ilə bağlı Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub və dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub:
“Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub”.
Qeyd edilib ki, 1959-cu il təvəllüdlü yaralının vəziyyəti stabil qiymətləndirilir.
Gununsesi.info