Lavrovdan SON DƏQİQƏ ZƏNGƏZUR AÇIQLAMASI: Sərhəddəki vəziyyət…

  • By admin
  • 17 May 2021 17:03

Rəsmi Moskva sərhədlərin demarkasiya məsələsində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya xarici işlər naziri Zəngəzurdakı (Sunik) vəziyyətə də toxunub.

O, qeyd edib ki, emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur: “Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, mövcud vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur. Həm kartoqrafik material, həm də konsaltinq xidmətləri göstərərək bu işdə onlara kömək etməyə hazırıq”, – Lavrov əlavə edib.

Gununsesi.info