Litva bəyan edib ki, Rusiya və Belarusla sərhədləri boyunca 50 kilometrlik müdafiə xətti inşa edəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Litva Rusiya və Belarusla sərhədlərini mümkün təhlükələrdən qorumaq üçün çoxqatlı müdafiə xətti quracağını açıqlayıb.
Müdafiə Nazirliyi bildirib ki, “Litva fərdi müdafiə tədbirlərindən vahid, üç səviyyəli müdafiə xəttinə keçir. Bu, NATO/Aİ inteqrasiyası ilə daha dərin, daha nəzarətli və daha güclü sərhəd təhlükəsizliyini təmin edəcək”.
Elan edilmiş plana əsasən, müdafiə xətti təxminən 50 kilometr uzunluğunda olacaq:
ilk 5 kilometrlik xətt sərhəd keçid məntəqələrinin arxasında qurulacaq və tank əleyhinə xəndəklər, mina sahələri, səngərlər və istehkamlardan ibarət olacaq.
15 kilometrlik ikinci xəttdə drenaj kanalları, qapalı körpü başlıqları, mühəndis avadanlığı sahələri, körpülər sökülməyə hazırlanacaq.
Üçüncü xətt lazım gəldikdə yolları bağlamaq üçün kəsilə bilən ağaclarla dəstəklənəcək.
Litva administrasiyası bu müdafiə tədbirlərini Rusiya ilə (Kalininqrad) təxminən 275 km və Belarusla sərhədinin 679 km-də həyata keçirməyi hədəfləyir.
Orxan











