Lukaşenko onlara dovşan hədiyyə etdi - VİDEO

  • By admin
  • 01 Yanvar 2023 09:23

“Belarus 1” telekanalının efirində yayımlanan “Sabahın xeyir, Belarus” televiziya proqramının əməkdaşları Belarus prezidentinin şəxsi fermasında olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Dövlət başçısı dəfələrlə deyib ki, orada inək, at, keçi, quş, hətta dəvəquşu və dovşanın müxtəlif cinsləri də saxlanılır.

Qeyd olunub ki, uzun müddətdir prezidentin fermasına baş çəkmək xahiş olunurdu. Dövlət başçısı yalnız indi icazə verib.

Lukaşenko sonda onunla söhbətləşən aparıcıların hər birinə 2023-cü ilin rəmzi sayılan dovşan hədiyyə edib.

Ətraflı videomaterialda:

Gununsesi.info