Lukaşenko Zelenskidən üzr istəyib -HƏDDİ AŞMIŞAM

Belarus prezidenti Aleksandr Lukaşenko “Əl-Ərəbiyyə” qəzetinə verdiyi müsahibədə Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəyib.

Gununsesi.info  bildirir ki, buna səbəb Lukaşenkonun daha əvvəl Zelenskinin ünvanına işlətdiyi kəskin ifadələr olub.

“Əgər Vladimir Aleksandroviç inciyibsə, bu sözlərə görə ondan üzr istəyirəm. Bəlkə də, bir qədər həddi aşmışam. Onun döyüşdüyünü nəzərə alaraq, bunu etmək bəlkə də lüzumsuz idi. Yəqin ki, mənim bu barədə belə kəskin danışmağım lazım deyildi”.

Eləcə də Lukaşenko iddia edib ki, Ukraynanın Belarus tərəfdən hər hansı hərbi əməliyyat gözləməsi doğru deyil:

“Bundan əlavə, o (Zelenski), gözəl başa düşür ki, Belarusdan, xüsusən də məndən heç bir hərbi əməliyyat gözləməyə dəyməz. Xüsusilə də məndən”.

Gununsesi.info