Mərakeşdə fabriki su basdı, azı 24 nəfər öldü

  • By admin
  • 19 Oktyabr 2021 19:57

Mərakeşin Tanjer şəhərində leysan yağışlar daşqınlara səbəb olub.

Binalardan birinin alt qatında fəaliyyət göstərən tikiş fabrikində onlarca işçi suyun altında qalıb.

Fabrikin qeyri-qanuni fəaliyyət göstərməsi səbəbindən burada işləyənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.

Təbii fəlakət nəticəsində ən az 24 nəfərin həlak olduğu bildirilib. 10 nəfər isə suda boğulmaqdan xilas edilib.

Axtarış xilasetmə tədbirləri nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Gununsesi.info