Məşhur dissident üçün ölüm hökmü təsdiqləndi

  • By admin
  • 13 Mart 2023 17:48

Bu gün Tehran məhkəməsi isveç əsilli iranlı dissident Həbib Şaabın terrorizmdə və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda təqsirli bildiyi edam hökmünü qüvvədə saxlayıb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Həbib Şaab 2020-ci ilin oktyabrında Türkiyədə səfərdə olarkən yoxa çıxandan bəri İranda həbsdədir. Şaabın vətəndaşı olduğu İsveç ona konsulluq yardımı təklif etmək üçün addımlar atsa da, İranın ikili vətəndaşlığı tanımaması nəticəsiz qalıb. İran dövlət televiziyası tərəfindən yayımlanan videoda müttəhim 2018-ci ildə İranın cənub-qərbindəki Əhvaz şəhərində törədilən terror aktının təşkili və Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətləri ilə əməkdaşlığa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Tərcümə: Adil Elxanoğlu