İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələri nəticəsində yaralanması barədə iddialara münasibət bildirib.
Gununsesi.info İSNA-ya istinadən xəbər verir ki, o, məlumatın yalan olduğunu bildirib.
Y.Pezeşkian deyib ki, Müctəba Xameneinin səhhətində heç bir problem yoxdur:
“Əlaqədə olan dostlarımdan soruşdum. Dedilər ki, Xamenei Allahın köməyi ilə sağ-salamatdır və heç bir problem yoxdur”.









