Məzar daşını yararsız hala salan şəxs tutuldu - FOTO

  • Müəllif: Orxan
  • 13 Yanvar 2026 14:05

Xaçmaz rayonunda qəbiristanlıqda məzar daşlarından birinin sındırılması barədə polisə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə məzar daşına qəsdən ziyan vuran Həbib Səfərbəyov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. H.Səfərbəyov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.

Xaçmazda məzar daşını yararsız hala salan şəxs saxlanıldı - FOTO

Gununsesi.info