Madaqaskarda etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb

  • Müəllif: Admin08
  • 29 Sentyabr 2025 23:09

Madaqaskarda su və elektrik enerjisinin kəsilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı azı 22 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

“Ən azı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Qurbanlar arasında etirazçılar və yoldan keçənlər vətəndaşlar var ki, onları təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürüb. Həmçinin etirazçılarla əlaqəsi olmayan ayrı-ayrı şəxslər və dəstələr tərəfindən törədilən genişmiqyaslı zorakılıq və talan nəticəsində həlak olanlar da var”, – məlumatda deyilir.

Gununsesi.info