Azərbaycan Universitetində magistratura səviyyəsində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisasının açılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Lalə Dilənova saytımıza açıqlamasında bildirib ki, müasir dövrün və əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılması universitetin prioritet istiqamətlərindən biridir.
Onun sözlərinə görə, bu istiqamətdə qərarlar qəbul edilərkən əmək bazarının və iş dünyasının tələbləri, ölkənin inkişaf prioritetləri, eləcə də universitetin akademik və institusional imkanları nəzərə alınır.
Lalə Dilənova qeyd edib ki, hazırda Azərbaycan Universitetində magistratura səviyyəsində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə qəbul aparılmır.
Universitet rəsmisi gələcəkdə vəziyyətin dəyişə biləcəyini də istisna etməyib.
“Gələcəkdə bu istiqamət üzrə zəruri şərtlər formalaşarsa və tələbat yaranarsa, ixtisasın qəbul planına daxil edilməsi məsələsinə baxıla bilər”, – deyə Lalə Dilənova bildirib.
Günay












