Makron: - Avropa Trampın elektroşokuna cavab verməlidir

  • By Admin2
  • 14 Fevral 2025 12:49

Fransa prezidenti Emmanuel Makron Britaniyanın Financial Times qəzetinə danışıb. Makron bildirib ki, ölkəsi adından Rusiya ilə danışa biləcək yeganə şəxs Ukrayna prezidenti Vladimir Zelenskidir. O, xəbərdarlıq edib ki, Rusiyaya güzəştə getmək hamı, o cümlədən Vaşinqton üçün pis xəbər olacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Makron, Avropanın müdafiə və iqtisadiyyat sahələrində güclənməli olduğunu müdafiə etdi.

O, bəyan edib ki, Avropa təhlükəsizlik sahəsində müstəqil olmalıdır.

O, bunun yalnız iqtisadi müstəqillik və Amerika və Çindən asılılığı azaltmaqla mümkün olacağını izah edib.

Makrona Trampın Qrenlandiyanı ilhaq etmək hədəsi ilə bağlı da sual verilib.

Fransa prezidenti Trampın Qəzza planından da danışıb.
“Mənim üçün əsl həll daşınmaz əmlak deyil, siyasi həlldir” deyib.

Orxan Saffari

Gununsesi.info