
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini və stansiyanın dağıdılmış 4-cü reaktorunu qoruyan strukturun zədələndiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, zərərin ciddi olduğu bildirilən açıqlamada hücumdan sonra binaya ziyan dəydiyi, lakin yanğının söndürüldüyü və radiasiya səviyyəsində artımın müşahidə edilmədiyi vurğulanıb.
Bəyanatda Rusiyanın nüvə obyektlərini hədəf alan hücumlarının qlobal təhlükəsizliyi təhdid etdiyi bildirilib.