Maşınla adam öldürən polis rəisi danışdı - ÖZƏL

  • By admin
  • 08 Avqust 2022 12:07

“Aşuraya görə çox gərgin rejimdə çalışmışam. Gecə saat 2-də xidmətdən qayıdırdır. Gözləmədiyim halda yoluma çıxdı”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında Tovuzda ölümlə nəticələnən yol qəzası törədən polis rəisi Ədalət Sadıqov söyləyib.

Qeyd edək ki, bu gecə saat 02 radələrində bölmə rəisi, polis polkovniki Ədalət Sadıqov idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilir ki, hadisə Bakı-Qazax magistralında piyada keçidinin olmadığı yerdə baş verib.

Həmin yolda piyada keçidinin olmadığını deyən rəis bildirib ki, hadisə barədə müvafiq araşdırma aparılır.

 

Gununsesi.info