Məcburi eniş edən təyyarənin sərnişinləri - Bakıya yola salındı

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2025 13:43

Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Pulkovo” hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə Bakıya yola düşüblər”, – mətbuat xidməti bildirib.

 

Gununsesi.info